logo

“Mercedes”lə iki piyadanı vurub qaçan sürücü tutulub

14:54 10-01-2023 | icon 518
“Mercedes”lə iki piyadanı vurub qaçan sürücü tutulub

Bir neçə gün əvvəl Abşeron rayonunun Saray qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, xəsarət alan kişi xəstəxanaya yerləşdirilib. Amma yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü qəzadan sonra piyadalara heç bir kömək etmədən hadisə yerindən uzaqlaşıb.

Rayon polis idarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib.

Faktla bağlı Q.Qafarov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.