logo

Yasamaldakı 98 saylı bağça müdirinə cinayət işi açılıb

14:13 10-01-2023 | icon 553
Yasamaldakı 98 saylı bağça müdirinə cinayət işi açılıb

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı körpələr evi-uşaq bağçasının müdiri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə 2018-2022-ci illərdə külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasına və faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əməkhaqqı sənədlərinin tərtib edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.