logo

Əvvəllər işlədiyi sexdən 6500 manat pul oğurladı

12:12 10-01-2023 | icon 945
Əvvəllər işlədiyi sexdən 6500 manat pul oğurladı

Sabunçu rayonunun Zabrat qəsəbəsindəki məzar daşlarının hazırlanması və təmiri sexindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə sexin qapısını sındıraraq içəri daxil olub. Sonra oradan iki notbuk və bir məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Həmin şəxsin obyektdən oğurladığı əşyalar müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı 15-ci polis bölməsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.