logo

Ukrayna müharibəsinin əleyhdarları Rusiyada hakim partiyadan çıxarılır

11:11 10-01-2023 | icon 1883
Ukrayna müharibəsinin əleyhdarları Rusiyada hakim partiyadan çıxarılır

Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyası Ukraynada xüsusi hərbi əməliyyatın əleyhdarlarını sıralarından çıxarır.

YeniAvropa xəbər verir ki, bu barədə “Vedomosti” nəşri yazır.

Hakim partiyadakı mənbə qəzetə bildirib ki, “Yedinaya Rossiya”nın 25 milyon üzvündən hazırda 13 milyon nəfər qalıb. Xüsusi hərbi əməliyyatın keçirilməsi ilə razı olmayanlar sosial şəbəkələrdə süni intellekt və xüsusi alqoritmlə müəyyən edilir.

Bu cür “təmizləmə” tədbirləri 2023-cü ildə iri regional kampaniyaların, 2024-cü ildə isə prezident seçkilərinin keçiriləcəyi ilə bağlıdır.