logo

Cənub bölgəsində dağlarda  qarın hündürlüyü 35 sm-ə çatır

20:20 09-01-2023 | icon 1057
Cənub bölgəsində dağlarda  qarın hündürlüyü 35 sm-ə çatır

Hazırda digər bölgələrimizdə olduğu kimi, cənub bölgəsində də qarlı hava şəraiti hökm sürür. Rayon mərkəzlərində qarın hündürlüyü 5-10, dağətəyi və dağlıq ərazilərdə isə 30-35 santimetrə çatır.

YeniAvropa xəbər verir ki, bu barədə  Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Astara rayonlarının Fövqəladə hallar komissiyalarından bildirilib.

Qeyd edilib ki, səhər saatlarında əsasən kəndlərdə elektrik enerjisinin verilişində müəyyən fasilələr yaransa da, bu problem qısa müddətdə aradan qaldırılıb. Axşam saatlarında da baş verə biləcək qəzaların tezliklə qaldırılması istiqamətində lazımi tədbirlər görülür.

Yol idarələri gücləndirilmiş iş rejiminə keçiblər. Yol polisi isə sürücülərə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.

Hazırda bölgəyə qar yağmaqda davam edir.