logo

Qənirə Paşayeva Asiya Parlament Assambleyası sədrinin müavini seçilib

18:50 09-01-2023 | icon 1078
Qənirə Paşayeva Asiya Parlament Assambleyası sədrinin müavini seçilib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının(APA) hazırkı sədrinin müavini seçilib.

YeniAvropa xəbər verir ki, bu barədə Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası qərar qəbul edib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop hazırda APA-nın sədridir.

"Asiya Parlament Assambleyası müasir dünyadakı qlobal problemlərin həlli istiqamətində beynəlxalq ictimaiyyətə faydalı çağırışlar edən, yüksək nəticələr qazanmağa potensialı olan qurumdur. Azərbaycan bu platformanın imkanlarından geniş şəkildə istifadə edərək sülh və inkişaf prinsipində hamı üçün faydalı olan əməkdaşlıq münasibətlərinə yeni töhfələr vermək niyyətindədir",-deyə Qənirə Paşayeva KİV-ə müsahibəsində bildirib.