logo

Xəbərdarlıq:Ağsu dolaylarında yollar buz bağlayıb

18:14 09-01-2023 | icon 938
Xəbərdarlıq:Ağsu dolaylarında yollar buz bağlayıb

Muğanlı-İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində yollarda buzlaşma əmələ gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə 4 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin sahə rəisi Eldar İsrafilov məlumat verib.

Bildirib ki, Ağsu dolaylarında havanın temperaturu mənfi 3-4 dərəcə təşkil edir. 

Onun sözlərinə görə, hazırda yollarda təmizləmə işləri fasiləsiz aparılır. Kifayət qədər duz və qum ehtiyatı var.

Sahə rəisi sürücülərə mümkün qədər gecə saatlarında yola çıxmamağa tövsiyə edib.