logo

Bakıda qadın sürücü “Hundai” la piyadanı vurub öldürüb

19:20 09-01-2023 | icon 2492
Bakıda qadın sürücü “Hundai” la piyadanı vurub öldürüb

Yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sürücü Sabina Hacıyeva idarə etdiyi “Hundai” markalı avtomobillə 50-60 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.