Sahibə Qafarova: Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan təcavüzkar Ermənistan bütün şəhər və kəndlərimizi dağıdıb, ölkəmizin bütün tarixi, mədəni və dini abidələri vandalizmə məruz qoyub. Ermənistan bu ərazilərdə etnik təmizləmə həyata keçirib. Həm mülki, həm də hərbçi olmaqla, 4 minə yaxın Azərbaycan vətəndaşı Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb ki, işğalçı tərəf onların taleyi barədə məlumat vermir. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb.
YeniAvropa xəbər verir ki, bu fikirləri Milli Məclisinin sədri Sahibə Qafarova Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasının rəsmi açılış mərasimindəki çıxışında ifadə edib.
Milli Məclisin sədri Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarından hətta münaqişə başlamazdan əvvəl qovulduğunu qeyd edərək, tarixi xəritələrin və sənədlərin müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu ərazilərdə əsrlər boyu yaşadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. S.Qafarova bildirib ki, tarixi şəhərimiz İrəvan 1918-ci ildə Ermənistanın paytaxtı elan edilib. 1920-ci ildə isə sovet hökumətinin qərarı ilə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. Bu da Azərbaycanın digər əraziləri ilə özünün tərkib hissəsi olan Naxçıvan regionu və Türkiyə ilə coğrafi əlaqəsinin kəsilməsinə gətirib çıxarıb.
Bu ərazilərdə yaşayan azərbaycanlıların XX əsrdə bir neçə dəfə deportasiyaya məruz qaldığını qeyd edən Milli Məclisin sədri deportasiyaların son mərhələsinin 1988-1991-ci illərdə baş verdiyini deyib. Bildirilib ki, erməni tərəfi Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da tarixi irsimizi məhv etmək məqsədilə bütün tarixi və dini abidələrimizi dağıdıb, Azərbaycan mənşəli şəhər və kəndlərin adlarını dəyişdirib.
Azərbaycan İsrailə başsağlığı verib
BMT baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib
Avropa İttifaqı Azərbaycana başsağlığı verib
Qazaxıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyib
Misir prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb
Qardaş Azərbaycan xalqı ilə həmrəyik-Pakistan XİN
Azərbaycan və İran XİN başçıları telefonla danışıb
Qırğızıstanın XİN başçısı Azərbaycana başsağlığı verib
İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq
SOCAR ötən il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb
Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında 21 məsələyə baxılacaq
Ərdoğan Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb
Bu gün koronavirusa qarşı 328 doza vaksin vurulub
Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Sahibə Qafarova İƏT Parlament İttifaqının 17-ci konfransında çıxış edəcək
Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır-Çavuşoğlu
İran vətəndaşından 6 kq narkotika alan şəxs saxlanılıb
Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib
İran səfiri Azərbaycan səfirliyinə qarşı silahlı hücumu pisləyib
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
AZAL martdan Rusiyanın 3 şəhərinə aviareyslərə başlayır
DTX: Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb
Rəsmi Bakı Tehrandan səfirliyimizə terror hücumunu törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edir
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub