logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb

12:32 09-01-2023 | icon 917
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 125 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb.