logo

DYP:Zərurət olmadığı təqdirdə, şəxsi avtomobillərindən istifadə etməyin

12:12 09-01-2023 | icon 952
DYP:Zərurət olmadığı təqdirdə, şəxsi avtomobillərindən istifadə etməyin

Qeyri-sabit hava şəraiti ilə bağlı bütün sürücülərdən zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi xahiş edirik.

YeniAvropa xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciətində deyib. 

"Sürücülər texniki vəziyyəti nasaz olan (xüsusilə əyləc sistemi nasaz olan), eləcə də mövsümi şinləri olmayan avtomobillərlə yollara çıxmasınlar. Nəzərə alsınlar ki, belə nəqliyyat vasitələrinin sürüşmə halları daha çox olur. Nəticədə hansısa xoşagəlməz hallar baş verə bilir",-deyə o, bildirib.