logo

Siyəzəndə iki polis leytenantı dəm qazından boğularaq ölüb

11:33 09-01-2023 | icon 2429
Siyəzəndə iki polis leytenantı dəm qazından boğularaq ölüb

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanvarın 8-dən 9-na keçən gecə Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq öldükləri məlum olub.

“Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı verir, səbr diləyirik”, - deyə məlumatda qeyd olunub.