logo

“Sədərək”dəki yanğında 20 müxtəlif təyinatlı mağaza yanıb

11:22 09-01-2023 | icon 574
“Sədərək”dəki yanğında 20 müxtəlif təyinatlı mağaza yanıb

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Qurumdan YeniAvropa-ya bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən, 10 ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.