logo

Şuşaya 15 sm qar yağıb

09:09 09-01-2023 | icon 469
Şuşaya 15 sm qar yağıb

Şuşa şəhərinə güclü qar yağıb.

YeniAvropa xəbər verir ki, , yanvarın 8-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü bu gün səhər 15 santimetrə çatıb.

Hazırda davam edən qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür.