logo

Salyanda yük maşınları toqquşub, 1 nəfər ölüb

09:01 09-01-2023 | icon 4438
Salyanda yük maşınları toqquşub, 1 nəfər ölüb

Ələt-Astara magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük maşınlarının toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan daha bir nəfər isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.