logo

Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb

16:18 08-01-2023 | icon 903
Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb

Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə MərkəzindənYeniAvropa-ya bildirilib ki, hazırda paytaxt ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində, Aeroport şosesində, Mərdəkan-Buzovna yolunda, Bilgəh yolunda, Zığ şosesində quraşdırılan məlumat sürət portallarında hərəkət sürəti 20 km/saat endirilib.