logo

Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatır

14:44 08-01-2023 | icon 3031
Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatır

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-də saat 13:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Tərtər, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Lerik, Sumqayıt, Maştağada qar, Bərdə, Mingəçevir, Yevlax, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

YeniAvropa xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O qeyd edib ki, şimal-qərb küləyi Ağdamda saniyədə arabir 18, Mingəçevirdə 16, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında 18 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metr olub.