logo

“Sədərək” ticarət mərkəzi yanır

18:58 08-01-2023 | icon 1463
“Sədərək” ticarət mərkəzi yanır

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən verilən məlumatda bildirilib.

Qeyd edilib ki,məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.