logo

Masallıda keçmiş məhkum külli miqdarda psixotrop maddə ilə yaxalandı

12:12 08-01-2023 | icon 938
Masallıda keçmiş məhkum külli miqdarda psixotrop maddə ilə yaxalandı

Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Həsənli kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Abıyev saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən baxış zamanı onun üzərindən hazır bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.