logo

Bakıda söküntü işləri aparılan ərazidə yanğın olub

10:30 08-01-2023 | icon 4564
Bakıda söküntü işləri aparılan ərazidə yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda söküntü işləri aparılan ərazidə məişət tullantıları və taxta konstruksiyadan ibarət hasar yanıb.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Toyota” markalı minik avtomobilinin faraları və "Hyundai" markalı minik avtomobilinin ön buferi əriyib.

Hər iki avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.