logo

Azərbaycanda daha 120 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

16:47 07-01-2023 | icon 2415
Azərbaycanda daha 120 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 120 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 382 nəfər müalicə olunaraq sağalıb, hazırda 404 aktiv xəstə var. Bu günə qədər 10 017 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 459, bu günə qədər isə ümumilikdə 7 441 759 test icra olunub.