logo

Türkiyədə prezident seçkiləri 5 ay sonra keçiriləcək-Ərdoğan

15:15 07-01-2023 | icon 3416
Türkiyədə prezident seçkiləri 5 ay sonra keçiriləcək-Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin 5 ay sonra keçiriləcəyini açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Antalyada Kəpəz Turqut Özal İdman Salonunun qarşısında keçirilən Antalya Kollektiv Açılış Mərasimində çıxış edərkən deyib.

Ərdoğan prezident seçkiləri mövzusuna da toxunub: “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri iyun ayında keçirilməlidir. Lakin müxalifət liderləri prezident Rəcəb Tayyib Ərdoğanın erkən seçki təyin edəcəyini istisna etmir.