logo

Avtomobil yollarında görmə məsafəsi 200 metrədək azalacaq

12:52 07-01-2023 | icon 1085
Avtomobil yollarında görmə məsafəsi 200 metrədək azalacaq

Yanvarın 8-dən 12-dək ölkə ərazisində yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq bəzi yolların buz bağlayacağı gözlənilir. Həmçinin dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.