logo

Ronaldu 5 dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb

23:13 24-11-2022 | icon 1148
Ronaldu 5 dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu tarixi uğura imza atıb.

YeniAvropa xəbər verir ki, o, ardıcıl beşinci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb. Hücumçu buna Qana ilə dünya çempionatının birinci turunun matçında penaltini dəqiq yerinə yetirməklə nail olub.

Qeyd edək ki, Ronaldu 2006-da, 2010-da, 2014-də və 2018-də təşkil edilmiş dünya çempionatlarında qol vurub.

Xatırladaq ki, dünya çempionatının H qrupunda keçirilən Portuqaliya - Qana oyunu Portuqaliya seçməsinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.