logo

Azərbaycanda daha 45 nəfər koronavirusa yoluxdu

17:17 24-11-2022 | icon 2534
Azərbaycanda daha 45 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 824 min 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 872 nəfər müalicə olunaraq sağalıb, 9 min 975 nəfər vəfat edib. Aktiv xəstə sayı 280 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 43, bu günə qədər isə ümumilikdə 7 milyon 365 min 617 test icra olunub.