logo

Putin yenə də MDB dövlət başçılarını toplayır

16:36 24-11-2022 | icon 10115
Putin yenə də MDB dövlət başçılarını toplayır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Ermənistana yardımı barədə bəyannamənin imzalanmaması bu təşkilatın mövcudluğunu şübhə altına qoymur.

YeniAvropa xəbər verir ki,  bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, bəzi məqamlarla bağlı fikir ayrılığı var və bu, noyabrın 23-də İrəvanda keçirilən sammitdə iki sənədin imzalanmamasına səbəb olub. Lakin KTMT-nın mövcudluğu şübhə altında deyil.

Bundan əlavə, D.Peskov ilin sonunadək Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammitinin keçiriləcəyini də təsdiqləyib. Kremlin sözçüsü görüşə hazırlığın getdiyini bildirib.

D.Peskov jurnalistlərlə söhbətində “Cənub axını” qaz kəməri üçün potensial təhlükə olduğunu da vurğulayıb. O, Rusiya və Türkiyə prezidentlərinin qaz kəmərinin terror hücumlarından qorunması tədbirlərini nəzərdən keçirdiklərini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl, bu il oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.