logo

Qismət Gözəlov TDT-nin baş katibinin müavini  vəzifəsindən gedib

16:06 24-11-2022 | icon 1673
Qismət Gözəlov TDT-nin baş katibinin müavini  vəzifəsindən gedib

Türk Dövlətləri Təşkilatı (TDT) baş katibinin müavini Qismət Gözəlovun fəaliyyət müddəti başa çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" hesabında məlumat paylaşıb.

O bildirib ki, Q.Gözəlovla görüşüb və TDT-yə, türk dünyasına verdiyi töhfəyə görə azərbaycanlı diplomata təşəkkür edib.

Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.

Təşkilatın mərkəzi ofisi İstanbulda yerləşir.