logo

İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb

21:21 23-11-2022 | icon 1372
İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb

Azərbaycan prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Serbiya prezidenti Aleksandar Vuçiç yola salıb.