logo

Rusiya Kiyevi raket atəşinə tutub:3 nəfər ölüb,6-sı yaralanıb

17:57 23-11-2022 | icon 2002
Rusiya Kiyevi raket atəşinə tutub:3 nəfər ölüb,6-sı yaralanıb

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinin Rusiya ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində azı 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb. Raket zərbəsi nəticəsində ikimərtəbəli binaya ziyan dəyib. Bundan əlavə, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, dörd zərərçəkən tibb müəssisələrinə yerləşdirilib. Xəsarət alan bir nəfərə yerindəcə tibbi yardım göstərilib.

Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib. Əhaliyə Rusiya ordusu tərəfindən raket təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

İlkin məlumata görə, ölkənin bir çox bölgələrində, o cümlədən Poltova, Dnepropetrovsk, Odessa, Çerkası, Jitomir, Kiyev vilayətlərində Ukraynanın havadan müdafiə sistemləri işləyir.