logo

Azərbaycan Rusiyada yenidən turizm nümayəndəliyi açacaq

13:13 23-11-2022 | icon 1568
Azərbaycan Rusiyada yenidən turizm nümayəndəliyi açacaq

Azərbaycan Rusiyada yenidən turizm nümayəndəliyi açmağı planlaşdırır.

YeniAvropa xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev "news.ru" nəşrinə müsahibəsində deyib.

Bir neçə ölkədə belə nümayəndəliklərin olduğunu bildirən DTA-nın sədri qeyd edib ki, koronavirus pandemiyası səbəbindən iş sxemində dəyişiklik olunub və onların fəaliyyətini dayandırılıb: “Ancaq biz onları yenidən açmağı planlaşdırırıq, o cümlədən Rusiyada”.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi müxtəlif ölkələrin turoperatorları ilə əməkdaşlıq edir: "Noyabr ayından etibarən rusların xizək kurortlarımıza gəlməsi üçün kampaniyaya start verilib".