logo

Nərimanov rayonunda silah-sursat aşkarlanıb

12:12 23-11-2022 | icon 616
Nərimanov rayonunda silah-sursat aşkarlanıb

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bağlamada iki ədəd avtomat silahı, bir ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyənləşdirilib.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.