logo

Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yayır-MN

11:33 23-11-2022 | icon 1015
Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yayır-MN

Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.