logo

Gədəbəydə öğul atasını döyüb öldürdü

09:29 23-11-2022 | icon 1239
Gədəbəydə öğul atasını döyüb öldürdü

Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. 

Qeyd edilib ki, noyabrın 22-də saat 19 radələrində 1959-cu il təvəllüdlü Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı , 1963-cü il təvəllüdlü Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi, V.Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi, orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları müvafiq araşdırmalara başlayıb. 

İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, 1988-ci il təvəllüdlü Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Hazırda rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.