logo

Messi Maradonanı geridə qoyub Argentina millisinin tarixinə düşdü

09:19 23-11-2022 | icon 1932
Messi Maradonanı geridə qoyub Argentina millisinin tarixinə düşdü

Lionel Messi Argentina millisinin tarixinə düşüb.

YeniAvropa xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə matçda fərqlənməklə nail olub.

Forvard Argentina yığmasının heyətində 4 mundialda (2006-cı, 2014-cü, 2018-ci və 2022-ci) qol vuran ilk oyunçu adına sahib çıxıb.

Messi Dieqo Maradona (1982-ci, 1986-cı, 1994-cü) və Qabriel Batistutanın (1994-cü, 1998-ci və 2002-ci) rekordunu geridə qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması ilə oyunda Argentina millisi 1:2 hesabı ilə məğlub olub.