logo

Türkiyədə 5,9 bal gücündə zəlzələ olub

09:01 23-11-2022 | icon 882
Türkiyədə 5,9 bal gücündə zəlzələ olub

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbul və Ankara başda olmaqla, bir çox vilayətdə şiddətli şəkildə hiss olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,zəlzələnin episentri Düzcenin Gölyaka rayonudur.

Yerli vaxtla 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyində olub.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib.

Yeraltı təkanlar Düzce ilə yanaşı, bir çox vilayətdə əhali arasında təşvişə səbəb olub.

Hazırda Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.