Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının iclası keçirilib
Noyabrın 22-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 18-ci iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, iclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelova həmsədrlik ediblər.
Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan və Rusiya arasında parlamentlərarası əlaqələrin dinamik inkişafından söz açıb, Milli Məclisin Rusiya Federasiyası subyektləri ilə də parlament əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verdiyini deyib, parlamentarilərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunub. O, Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsindən bəhs edərək, hər iki ölkənin qanunvericilik orqanlarının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan və Rusiya arasında ikitərəfli parlamentlərarası komissiyanın həmsədri Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyət barədə də məlumat verib. O bildirib ki, Azərbaycan üçtərəfli Bəyannamənin bütün şərtlərinə əməl edib, lakin Ermənistan bu Bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
İclasda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelova bildirib ki, Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir. Hazırda ölkələrimiz arasında mövcud olan parlamentlərarası əməkdaşlıq, iqtisadi və humanitar əlaqələr bir çox məsələlərin həlli baxımından əhəmiyyət kəsb edir. Qalina Karelova vurğulayıb ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Dostluğa söykənən Rusiya-Azərbaycan münasibətləri bundan sonra da güclənib inkişaf edəcək.
Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya münasibətlərindən danışıb.
Görüşdə Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvü Mixail Zabelin, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov çıxış edərək Azərbaycan-Rusiya əməkdaşlıq münasibətləri, iqtisadi sahədəki perspektivlər, ölkələrimiz arasında ticarət, tikinti və kənd təsərrüfatı sahəsində tərəfdaşlıq və digər məsələlər barədə danışıblar.
Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev çıxışında 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu söyləyərək bununla bağlı Rusiyanın bir çox şəhər və bölgələrində tədbirlərin keçiriləcəyini bildirib. Daha sonra o, Ermənistana etdiyi son səfərindən bəhs edib. Həmçinin Dövlət Dumasının Elm və Təhsil komitəsinin sədri Sergey Kabışov iclasa onlayn qoşularaq ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq barədə fikirlərini bölüşüb.
Daha sonra iclasda Milli Məclisin deputatı Emin Hacıyev, Rusiya tərəfdən isə İlyas Umaxanov, Aleksandr Başkin, Anatoli Artamonov, İnna Svyatenko və Dmitri Savelyev çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinə dair qeyd və təkliflərini səsləndiriblər.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 18-ci iclası başa çatıb.
İclasda Milli Məclisin deputatları Ağalar Vəliyev, Azər Badamov, Rasim Musabəyov, Arzu Nağıyev, Malik Həsənov, Sevinc Hüseynova və digər rəsmi şəxslər iştirak ediblər.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq