logo

130 nümunədən Peşəkar Futbol Liqasının yeni loqosu seçilib

15:55 22-11-2022 | icon 1036
130 nümunədən Peşəkar Futbol Liqasının yeni loqosu seçilib

Peşəkar Futbol Liqasının(PFL) yeni loqosu müəyyənləşib.

YeniAvropa "PFL"in saytına istinadən xəbər verir ki, 130 nümunə arasında Fərhad Sultanovun dizayn etdiyi loqo qalib olub.

Loqoda futbolu ifadə edən top təsvir olunub, mərkəzdə alov və buta silueti var.

Onlar Odlar Yurdu Azərbaycana işarədir. Bundan əlavə, loqodakı kürə qlobal dünya futbolunun simvoludur, alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq Azərbaycan futbolunu ifadə edir.