logo

DÇ-2022:İngiltərə millisi  İran yığmasını darmadağın edib-6:2

20:20 21-11-2022 | icon 3871
DÇ-2022:İngiltərə millisi  İran yığmasını darmadağın edib-6:2

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

YeniAvropa xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında olub.

Dohadakı "Xəlifə" stadionunda keçirilən görüş İngiltərə millisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Braziliyalı hakim Rafael Klausun idarə etdiyi oyunda İngiltərə yığmasının heyətində Bukayo Saka dubl edib, digər qolları Cud Bellinqem, Rahim Sterlinq, Markus Raşford və Cek Qriliş vurublar. İran yığmasının hər iki qoluna isə Mehdi Taremi imza atıb.

Günün digər oyunlarında Seneqal millisi Niderland, ABŞ yığması isə Uels ilə qarşılaşacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ev sahibliyi edir.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.