logo

Azərbaycan səfirliyi Latviyada xeyriyyə yarmarkasında iştirak edib

21:41 21-11-2022 | icon 560
Azərbaycan səfirliyi Latviyada xeyriyyə yarmarkasında iştirak edib

Azərbaycanın Latviyadakı səfirliyi Riqa şəhərində Riqa Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib.

Səfirlikdən YeniAvropa-ya bildirilib ki, Latviyada akkreditə olunan diplomatik nümayəndəliklərin, eləcə də yerli qurumların təmsilçiləri yarmarkada iştirak ediblər.

Xeyriyyə yarmarkasındakı Azərbaycan stendində ölkəmizin mədəniyyətini və tarixini əks etdirən suvenirlər, həmçinin kitablar, milli geyimlər nümayiş etdirilib, Azərbaycan istehsalı olan məhsullar, milli mətbəximizin ləziz təamları təqdim olunub. UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən kəlağayı sənətimizin rəngarəng nümunələri ziyarətçilərin böyük marağına səbəb olub.

Latviyanın keçmiş prezidentləri Valdis Zatlers, Raymonds Veyonis və digər qonaqlar Azərbaycan stendini ziyarət ediblər.

Tədbirdə, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və turizmi ilə bağlı videoçarxlar nümayiş etdirilib.

Tədbir çərçivəsində səfir Elnur Sultanov Latviya radiosuna Azərbaycan stendi ilə bağlı müsahibə verib.