logo

İlham Əliyevbir bir qrup ədliyyə işçisini təltif edib

21:11 21-11-2022 | icon 1127
İlham Əliyevbir bir qrup ədliyyə işçisini təltif edib

Prezident İlham Əliyev noyabrın 21-də  bir qrup ədliyyə işçilərinin təltif edilməsinə  haqqında sərəncamlar imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına "III dərəcəli dövlət ədliyyə müşaviri" ali xüsusi rütbəsi verilib:

1.Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

2.Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi.

Dövlət başçısının imzaladığı digər sərəncamla isə ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Əliyev Lətif Paşa oğlu

Məmmədov Elnur Rövşən oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Ağayev Davud Maşalla oğlu

Əliyev Emin Rza oğlu

Əliyeva Pərvin Afiq qızı

Əliyeva Səkinə Qamboy qızı

Qasımov Elçin Zeynalabdın oğlu

Qurbanov Qismət Rəşid oğlu

Nəsirova Xalidə Tofikovna.