logo

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

20:40 21-11-2022 | icon 434
Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

NATO mənzil-qərargahında xeyriyyə (charity bazaar) tədbiri keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi də iştirak edib.

“Savalan” şirkətinin sponsor dəstəyi sayəsində ərsəyə gələn Azərbaycan stendlərində Azərbaycan istehsalı olan müxtəlif məhsullar və ölkəmizin mətbəxinə məxsus təamlar təqdim olunub.