logo

Bu gün COVID-19 əleyhinə vaksin vurulmayıb

16:46 21-11-2022 | icon 2912
Bu gün COVID-19 əleyhinə vaksin vurulmayıb

Noyabrın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 918 min 769, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 868, ikinci mərhələ üzrə 4 milyon 873 min 216, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 390 min 55, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 630-dur.