logo

Sahibə Qafarova ASEAN PA-nın Baş Assambleyasının açılışında iştirak edib

15:30 21-11-2022 | icon 1225
Sahibə Qafarova ASEAN PA-nın Baş Assambleyasının açılışında iştirak edib

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının (AİPA) 43-cü Baş Assambleyasında iştirak etmək üçün Kambocada səfərdədir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, noyabrın 21-də AİPA-nın 43-cü Baş Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Assambleyada Kamboca tərəfinin dəvəti əsasında xüsusi qonaq qismində iştirak edir.

Tədbirdə Kamboca Krallığı Milli Assambleyasının sədri, AİPA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin qonaqları salamlayıb.

Kamboca Krallığının Kralı Əlahəzrət Norodom Sihamoninin tədbir iştirakçılarına müraciəti oxunub.

Sonra Kamboca Krallığı Senatının sədri Vibolsena Fikdei Say Çum, Kamboca Krallığının Baş naziri və ASEAN-ın sədri Akka Moha Sena Padei Teko Hun Sen, Kamboca Krallığı Milli Assambleyasının sədri, AİPA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin çıxış etdikdən sonra təşkilati məsələlərin müzakirə olunduğu birinci plenar sessiya keçirilib.