logo

İlham Əliyev ICAPP-ın baş katibini qəbul edib

14:14 21-11-2022 | icon 1043
İlham Əliyev ICAPP-ın baş katibini qəbul edib

Prezident İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlət başçısını təbrik edib. O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlət başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirib.

Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının əhəmiyyəti vurğulandı.

Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd edilib, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.