logo

Eltac Səfərli Almaniyada beynəlxalq turnirin qalibi olub

11:01 21-11-2022 | icon 889
Eltac Səfərli Almaniyada beynəlxalq turnirin qalibi olub

Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından  bildirilib. Qeyd edilib ki, qrosmeysterimiz sonuncu turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib. Yekunda 6,5 xal toplayan E.Səfərli yarışı birinci pillədə başa vurub.

Qeyd edək ki, 7 turdan ibarət yarışda 188 şahmatçı mübarizə aparıb.