logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

10:50 21-11-2022 | icon 497
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində  ölkə ərazisində törədilmiş 94 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarılan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.