logo

Göytəpədə avtomobilin vurduğu iki qardaşdan biri ölüb

09:49 21-11-2022 | icon 8967
Göytəpədə avtomobilin vurduğu iki qardaşdan biri ölüb

Ötən gün Cəlilabad rayonunun  Göytəpə şəhəri ərazisində avtomobil yolu keçən iki piyadanı- Gündüz və Orxan Kərimov  qardaşlarını vurub.

YeniAvropa xəbər verir ki, yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

22 yaşlı Gündüz Kərimov xəstəxanada dünyasını dəyişib.

1990-cı il təvəllüdlü Orxan Kərimovun xəstəxanasında  müalicəsi davam etdilir.

Faktla bağlı araşdırma aparılır.