logo

Paytaxtda ana 6 yaşlı oğli ilə birgə itkin düşüb

09:22 21-11-2022 | icon 1127
Paytaxtda ana 6 yaşlı oğli ilə birgə itkin düşüb

Bakıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.

YeniAvropa xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.