logo

Prezident seçkiləri qanunvericiliyə uyğun keçirilib-Tokayev

01:19 21-11-2022 | icon 637
Prezident seçkiləri qanunvericiliyə uyğun keçirilib-Tokayev

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Respublika İctimai Qərargahında “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələri ilə tanış olub.

YeniAvropa  "Kazinform" agentliyinə istinadla xəbər verir ki, “exit-poll”un nəticələrinin açıqlanmasından sonra Kasım-Jomart Tokayev qərargah üzvləri qarşısında çıxışında başa çatmış seçki kampaniyasını tarixi adlandırıb.

“Bu seçki kampaniyası, şübhəsiz ki, tariximizdə qalacaq. “Exit-poll” nəticələri açıqlanıb. Təbii ki, biz seçkilərin rəsmi nəticələrini gözləyirik. Buna baxmayaraq, indidən demək olar ki, xalq prezident kimi mənə və sizin hamınıza öz inamlı etimadını ifadə edib. Xalqın inamı ən mühüm dəyərdir. Hesab edirəm ki, biz xalqın bu etimadını doğrultmalıyıq. Ona görə də bu gündən - noyabrın 21-dən hamımız işə başlamalıyıq”, – deyə Kasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə, seçkilər qanunvericiliyə uyğun keçirilib, Qazaxıstan Respublikası prezidentliyinə bütün namizədlərə bərabər imkanlar verilib.

Kasım-Jomart Tokayev əminliklə ifadə edib ki, gələcəkdə bütün əsas hakimiyyət institutlarında islahatlar aparılacaq: “Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik. İqtisadiyyatda köklü dəyişikliklər baş verəcək. Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.

Qeyd edək ki, “exit-poll”un nəticələrinə əsasən, prezident seçkilərində ən çox səsi Kasım-Jomart Tokayev toplayıb. Belə ki, seçicilərin 82,45 faizi Kasım-Jomart Tokayevə səs verib.