logo

DÇ- 2022: Ekvador meydan sahiblərinə qalib gəldi

22:52 20-11-2022 | icon 1582
DÇ- 2022: Ekvador meydan sahiblərinə qalib gəldi

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

YeniAvropa xəbər verir ki, ilk qarşılaşma ev sahibi ilə Ekvador millisi arasında keçirilib.

Görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın hər iki qolunu Enner Valensiya (16, 31) vurub.

Qeyd edək ki, qrupun digər matçı Niderland və Seneqal yığmaları arasında keçiriləcək.

Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.